“Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”
“Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”.
Komanda.az “onet.pl”-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç “Legiya” ilə yoxlama matçına çıxan paytaxt təmsilçisi barədə danışarkən deyib.
32 yaşlı müdafiəçi Türkiyədəki təlim-məşq toplanışı zamanı keçmiş komandası olan Varşava təmsilçisinin düşərgəsini ziyarət edib.
Veşoviç Azərbaycan Premyer Liqası haqda danışarkən turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan klubları – “Qarabağ”, “Sabah” və “Neftçi”ni fərqləndirib:
“Orada yalnız ilk üç yerdəki komandaların çox pulu var”.
“Səbail”lə “Legiya” arasında keçirilən yoxlama görüşü 2:2 hesabı ilə bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin