“Səbail”ə rəhbərlik edə bilərəmmi?” – Kerjakovdan açıqlama
Rusiyanın “Nijni Novqorod” klubunun keçmiş baş məşqçisi Aleksandr Kerjakov karyerasını Azərbaycanda davam etdirəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu barədə “Sport-express” nəşrinə açıqlama verib:
“Mən “Səbail”ə rəhbərlik edə bilərəmmi? Hələlik şərh yoxdur. Bir şey olanda dərhal biləcəksiz”.
Hazırda “Səbail”in baş məşqçisi Mahmud Qurbanovdur.
Kerjakov son olaraq 2021/2022 mövsümündə “Nijni Novqorod”un “sükanı arxasında” olub. Keçmiş hücumçu 2002-2016-cı illərdə Rusiya yığmasının formasını geyinib.
“Səbail” Azərbaycan Premyer Liqasında 15 turdan sonra 10 xalla 8-ci yerdərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin