Ərəblərdən Levandovskiyə cəlbedici təklif

“Barselona”nın hücumçusu Robert Levandovskiyə Səudiyyə Ərəbistanı klublarından maraq davam edir.

Polşalı forvard bu yay da transfer gündəminə düşüb.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu Səudiyyə Ərəbistanının iki klubundan yüksək maliyyə təklifi alıb. Hər iki halda ona hazırkı maaşının ikiqatı vəd olunub.

Buna baxmayaraq, Levandovskinin cari transfer pəncərəsində “Barselona”nı tərk etməsi gözlənilmir. Onun kataloniyalılarla müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq. Sözləşmədə avtomatik daha bir mövsüm uzadılma şərti də mövcuddur.

Həmçinin, bu mövsüm Levandovskinin “Barsa”da sonuncu ili ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button