
Səudiyyə Ərəbistanından 2 “elçi”si var – Braziliyalı futbolçunun
“Mançester Yunayted”in 25 yaşlı vingeri Antoniyə Səudiyyə Ərəbistanının iki aparıcı klubu maraq göstərir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son mövsümün ikinci yarısını icarə əsasında “Betis”də keçirən braziliyalı futbolçunun yaxşı performansına baxmayaraq, İspaya klubuna qayıtması çətin hesab olunur.
Antoni La Liqada çıxış etdiyi 17 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Hazırda onun karyerasını Səudiyyə Ərəbistanında davam etdirməsi ehtimalı daha yüksəkdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



