“Səudiyyə Ərəbistanı klublarından rəqabət gözləməyə dəyməz”
“Bayern”in idarə heyətinin sabiq sədri Oliver Kan Səudiyyə Ərəbistanı klublarının böyük transfer bazarına təsiri ilə bağlı fikirlərini bildirib.
Komanda.az Kanın bu barədə fikirlərini təqdim edir:
“Əlbəttə, Səudiyyə Ərəbistanı klublarından idman baxımından rəqabət gözləmək lazım deyil. Amma transferlərə gəlincə, Səudiyyə Ərəbistanı yeni oyunçuya çevrilib. Avropa bunu keçən yay hiss etdi.
Səudiyyə Ərəbistanı klubları artıq transferlərə milyard avro və ya daha çox pul xərcləyiblər. Bunun davam edəcəyini düşünmürəm. İstənilən komanda maliyyə tarazlığını qorumalı və itkilərdən qaçmalıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin