Səudiyyə Ərəbistanından 2 klub Obameyanqla görüşüb
Səudiyyə Ərəbistanı klubları “Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanqın xidmətində maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Əhli və “Əl-Şəbab” klubları mümkün transferi üçün “Çelsi”nin forvardı ilə görüşüb.
Məlumata görə, 33 yaşlı qabonlu futbolçu bu yay İngiltərə klubunu tərk edəcək. Amma onun prioriteti Avropada qalmaqdır.
Fevral ayında Obameyanq MLS klublarından “Los Anceles”in təklifini rədd edib.
Onun “Çelsi” ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. Obameyanq ötən mövsüm Premyer Liqada 15 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin