Səudiyyə Ərəbistanının 4 klubu Obameyanqla maraqlanır
“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, adıçəkilən ölkənin dörd klubu forvardın xidmətində maraqlıdır. Onun “zadəganlar”la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Obameyanq 2022/23 mövsümündə London təmsilçisinin heyətində 21 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin