Telefonunu “zaryadka”ya qoydu – VAR sistemi işləmədi

Səudiyyə Ərəbistanı çempionatında keçirilən “Əl Fateh” – “Əl Nəsr” oyununda (0:1) maraqlı hadisə yaşanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi qol epizoduna təkrar baxmaq üçün VAR-a müraciət etsə də, sistem işləməyib.

VAR-ın işləməməsinin səbəbi isə sonradan məlum olub. Belə ki, stadionun işçilərindən biri sistemin naqilini elektrik yuvasından çıxarıb və öz telefonunu “zaryadka”ya qoyub. Bu səbəbdən də VAR-dan istifadə mümkün olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button