Şərikli rekord
Azərbaycan çempionatları tarixində bir futbolçunun eyni oyunda vurduğu qol sayında rekord 7-yə bərabərdi.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu göstəriciyə ilk dəfə Fazil Pərvərov imza atıb.
“Kəpəz”in futbolçusu 27 il əvvəl bir matçda 7 dəfə fərqlənib. Onun rekordu təxminən 3 il sonra təkrarlanıb. Gəncə klubunun daha bir üzvü Rövşən Əhmədov eyni uğuru gerçəkləşdirib. Ölkə çempionatlarının 28 illik tarixində 5-dən çox qol vuran 3-cü və hələlik sonuncu futbolçu Alay Bəhramovdu. “Viləş”in bombardiri 21 il əvvəlki uğuru zamanı “Kəpəz”in futbolçuları qədər – 7 qol vura bilməsə də, 6 topla çempionatın ən məhsuldar heç-heçəsində pay sahibi olub.
Bir oyunda 5-dən artıq qol vuran futbolçular
7 qol – Fazil Pərvərov (1993/94 mövsümü)
24.10.1993. “Kəpəz” – “Avtomobilçi” (Yevlax) – 8:0
7 qol – Rövşən Əhmədov (1996/97 mövsümü)
23.11.1996. “Kəpəz” – “Şəmkir” – 14:2
6 qol – Alay Bəhramov (1998/99 mövsümü)
25.04.1999. “Viləş” – “Turan” – 6:6
Bizi Facebook-da izləyin