“Sərhədçi”də yeni basketbolçu
“Sərhədçi” heyətinə yeni basketbolçu qatıb.
Komanda.az xəbər verir ki, paytaxt klubu amerikalı Cimmi Nikolsla anlaşıb.
Oyunçu artıq komandanın məşqlərinə də qoşulub. O, sabah “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının 14-cü turunun matçında meydana çıxa biləcək.
“Neftçi” – “Sərhədçi” qarşılaşması fevralın 6-da, saat 19:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin