“Sərhədçi” 2 legioner basketbolçu transfer edib
Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sərhədçi” basketbol klubu iki transfer həyata keçirib.
Klubdan Komanda.az-a verilən məlumata görə, Evren Alkayanın baş məşqçisi olduğu komanda ABŞ-dan olan Troy Dilan Kraknell və Kaleb Melikan Hanerlə güclənib.
Hər iki oyunçu artıq məşqlərə start veriblər.
“Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin