Sərgən Yalçının “Neftçi”dən tələbi

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla vidalaşmağa hazırlaşdığını xəbər vermişdik. 48 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı pozulması istiqamətində razılıq əldə olunub. Regekampfın “Neftçi” ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

Artıq “ağ-qaralar”ın “sükanı arxasına” keçmək üçün əsas namizədin adı da məlumdur. Bu, türkiyəli mütəxəssis Sərgən Yalçındır.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “Beşiktaş”ın keçmiş baş məşqçisi ilə danışıqlar davam edir. “Neftçi” türkiyəli mütəxəssislə mümkün qədər tez anlaşmaq istəyir ki, komandanın yay hazırlıq prosesini onun rəhbərliyi altında keçirsin. Hazırda klubla Sərgən Yalçın arasında müzakirə edilən əsas məsələ puldur. Türkiyəli məşqçinin “Neftçi”dən nə qədər pul tələb etdiyi tam bilinməsə də, məbləğin “ağ-qaralar”ın Regekampfa ödədiyindən çox olduğu dəqiqdir.

Amma istənilən halda, Bakı klubunun baş məşqçi postu üçün əsas namizədi Sərgən Yalçındır və tərəflərin razılığa gəlməsi ehtimalı kifayət qədər yüksəkdir. “Neftçi” elə bu həftə Sərgən Yalçını baş məşqçi kimi ictimaiyyətə təqdim edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button