Sərbəst güləşçilərin AÇ-də ilk rəqibləri bəlli oldu
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Sadiq Hüseynov (45 kq) 1/4 finalda erməni Arman Harutyunyanla qarşılaşacaq.
Vasif Bağırov (48 kq) təsnifat mərhələsində rumıniyalı Kristian Andrey Nequrayla üz-üzə gələcək.
Elman Ağayev (51 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq və Laşa Qoqadze (Gürcüstan) – Qabriel Florin Mihalkea (Rumıniya) görüşünün qalibiylə güləşəcək.
Camal Abbasov (55 kq) debütdə yunanıstanlı Pavlos Koronidislə gücünü sınayacaq.
Ağa Qasımovun (60 kq) startda rəqibi ukraynalı Boqdan Oleksiyenko olacaq.
İlyas İsayev (65 kq) ilk görüşdə slovakiyalı Ferents Daniel Kovaçla qarşılaşacaq.
Ağanəzər Novruzov (71 kq) təsnifat mərhələsində rumıniyalı Konstantin Morarla üz-üzə gələcək.
Şəmistan Axundov (80 kq) 1/8 finalda litvalı Daniel Boyçukla güləşəcək.
Rəvan Musayev (92 kq) ilk mərhələdə litvalı Armanis Tomas Barsamyanla gücünü sınayacaq.
Yusif Dursunovun (110 kq) ilk rəqibi isə macarıstanlı Marsel Yuritsa olacaq.
Bizi Facebook-da izləyin