“Sən təqaüdə çıxırsan, amma futbolun əbədi yaşayacaq, Buskets”

“Barselona”nın yarımmüdafiəçisi Pedri futbolçu karyerasını sonlandıran Serxio Busketsə müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçu öz “Facebook” hesabında bunu yazıb:

“Qəbul etmək çətin olsa belə, bu anın gəlməli olduğunu bilirdim. Sən təqaüdə çıxırsan, amma futbolun əbədi yaşayacaq, Buskets. “Barselona”da üç il səninlə oynamaq mənə qismət oldu.

Əminəm ki, yollarımız yenə kəsişəcək, dostum. Bu arada, yeni həyatdan həzz al və əmin ol ki, ailəm və mən sənə ən yaxşısını arzulayıram”.

Busketsin son klubu “İnter Mayami”dir və o, MLS mövsümündən sonra karyerasını bitirəcəyini açıqlayıb. 37 yaşlı futbolçu daha əvvəl “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button