Səmədov karyerasını başa vurur?
Rusiya millisinin sabiq yarımmüdafiəçisi, bir müddət əvvəl “Krılya Sovetov”dan ayrılan azərbaycanlı futbolçu Aleksandr Səmədov futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, “Ufa”dan təklif almasına baxmayaraq, böyük ehtimalla, karyerasını bitirəcək.
Xatırladaq ki, futbolçu açıqlamasında Azərbaycandan da təklif aldığını açıqlamışdı.
Qeyd edək ki, “Krılya Sovetov” Səmədovla müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında ləğv edib. O, bu ilin yanvarında “Spartak”dan azad agent kimi sözügedən kluba keçmişdi. 34 yaşlı futbolçu “Krılya Sovetov”da 9 matçda iştirak edib. Moskva “Spartak”ının yetirməsi olan Səmədov “Lokomotiv” və “Dinamo” klublarında da çıxış edib. O, Rusiya millisi ilə 53 matçda oynayıb və 7 qol vurub.
Bizi Facebook-da izləyin