“Şəki” “Quba”nı məğlub yola saldı

Azərbaycan Basketbol Liqasında 1-ci turun daha bir görüşü keçirilib.

Komanda.az xəbər verir ki, Şəkidə eyniadlı yerli komanda “Quba”nı sınağa çəkib. Olimpiya İdman Komleksində reallaşan qarşılaşma meydan sahiblərinin 90:83 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki oyunlarında “Naxçıvan” “Neftçi”ni 84:79, “Abşeron” NTD-ni 75:69, “Gəncə” “Lənkəran”ı 90:75, “Sabah” isə “Sərhədçi”ni 80:53 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button