“Şəki” nigeriyalı baş məşqçi ilə vidalaşıb

“Şəki” basketbol klubu baş məşqçi Aleksander Uco ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, nigeriyalı mütəxəssislə müqavilə müddəti uzadılmayıb.

Aleksander Uco ötən mövsüm “Şəki”yə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb və Azərbaycan Basketbol Liqasında sonuncu – 10-cu yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button