Aquero bunu da bacardı
“Mançester Siti” İngiltərə Premyer Liqasının 22-ci turunda səfərdə “Aston Villa”nı məğlub edib.
Komanda.az xəbər verir ki, “şəhərlilər”in 6:1 hesabıyla qalib gəldiyi oyunda het-trik edən Serxio Aquero Premyer Liqada yeni rekorda imza atıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Belə ki, argentinalı hücumçu Premyer Liqa tarixində ən çox qol vuran legioner futbolçu ünvanını qazanıb. 31 yaşlı hücumçunun aktivində 176 qol var. Bundan əvvəlki rekord fransız futbolçu Tyerri Anriyə aid idi. “Arsenal”ın sabiq hücumçusu Premyer Liqada 175 qol vurmuşdu.
Aqureo həm də, Premyer Liqada bir klubla ən çox qol vuran 2-ci futbolçudur. Bu baxımdan rekord “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runiyə məxsusdur. İngilis hücumçunun aktivində 183 qol var.
2011-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan Aquero, bu mövsüm Premyer Liqada 16 oyunda 13 qol vurub.
Bizi Facebook-da izləyin