Səbinə Əzimova Türkiyədə 4-cü oldu
Türkiyənin Qaziantep şəhərində ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir.
Komanda.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.
Bu gün onlardan ilk olaraq Səbinə Əzimova qüvvəsini sınayıb. O, qadınlarda 55 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 173 kq (75+98) nəticə ilə 4-cü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin