“Səbail”in legioneri idman vətəndaşlığını dəyişmək istəyir

“Səbail”in qanalı futbolçusu Camal Araqo idman vətəndaşlığını dəyişmək istəyir.

Komanda.az “ghanaweb.com” saytına istinadən xəbər verir ki, əslən Liberiyadan olan 28 yaşlı müdafiəçi bu ölkənin milli komandasında çıxış etmək niyyətindədir.

Araqo daha əvvəl Qananın U-17 və U-20 yığmasında çıxış edib. Liberiya Futbol Assosiasiyası isə hələlik oyunçuya təklif göndərməyib.

Camal Araqo mövsümün əvvəlində “Səbail”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button