
“Səbail”in müvəqqəti baş məşqçisinin adı açıqlandı
“Səbail” komandasında baş məşqçi vəzifəsini müvəqqəti icarə edəcək şəxs müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Komanda U-19-da işləyən Elvin Məmmədova həvalə olunub.
Paytaxt təmsilçisi “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın 12-ci tur matçından sonra Şahin Diniyevlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin