“Futbol üçün çox darıxmışdım” – “Səbail”in legioneri

“Səbail”in futbolçusu Eriko Da Silva Premyer Liqanın 12-ci turunda “Sabah”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi, matçla bağlı bunları deyib:

“Oyuna qayıtmağıma xoşbəxtəm. Futbol üçün çox darıxmışdım. Əlimdən gələni edəcəm ki, komandaya xal qazanmağa kömək edim. İrəlidə vacib oyun var – şənbə günü, “ASCO Arena”da qələbəni təmin etmək üçün məşqlərdə hamı çox ciddi hazırlaşır”.

Noyabrın 23-də keçiriləcək “Səbail” – “Sabah” matçı saat 15:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button