“Qəbələ”yə qol vurdu, 60-cı oldu
“Səbail”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 40-cı qoluna imza atıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu yubiley Premyer Liqanın 25-ci turuna təsadüf edib. Paytaxt təmsilçisinin oyunçusu “Qəbələ” ilə ev görüşünün taleyini həll edən qolun müəllifi olub.
Amil 40-cı topunu ölkə çempionatındakı 136-cı matçında vurub. O, 1992-ci ildən keçirilən yarışın tarixində 40 və daha çox qol vuran 60-cı futbolçudur.
Debütü 2010/11 mövsümünə təsadüf edən Yunanov ilk qolunu növbəti çempionatda “Qəbələ”nin heyətində vurub. O, daha üç komandanın formasını geyərkən qol sevinci yaşayıb. Amil “Sumqayıt”da 28, “Səbail”də 6, “Keşlə”də 5 dəfə fərqlənib.
“Səbail” – “Qəbələ” matçı meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Bizi Facebook-da izləyin