“Səbail”in “Beroe” ilə matçının başlanma saatı bəlli oldu

“Səbail”in Bolqarıstanın Bansko şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama matçının başlanma saatı açıqlanıb.

Komanda.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək paytaxt klubunun yerli “Beroe”ylə görüşü sabah Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, “Səbail” ilk qarşılaşmasında Bolqarıstanın digər təmsilçisi – Plovdov “Lokomotiv”iylə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button