
“Səbail”in Avroliqada debüt matçının başlama saatı açıqlandı
“Səbail”in Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Rumıniyanın “Universitatya Krayova” klubu ilə ilk oyununun başlama saatı açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də Bakıdakı “Bayıl Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu isə 1 həftə sonra səfərdə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin