
“Səbail”in 50-ci heç-heçəsi
“Səbail” Azərbaycan çempionatlarında 50-ci heç-heçəsini edib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 24-cü turunda gerçəkləşib.
228-ci matçına çıxan Bakı klubu “Araz-Naxçıvan”la qolsuz “sülh”ə imza atıb. “Səbail” evdə 27, səfərdə 23 bərabərliyə nail olub.
“Səbail”in ilk heç-heçəsi 2017-ci il noyabrın 25-də “Sumqayıt”la keçirilən səfər görüşünə təsadüf edib – 0:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



