
“Səbail”də yeni müdafiəçi
2024/2025 mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçunu heyətinə cəlb edib.
Komanda.az xəbər verir ki, “dənizçilər” son klubu Şimali Makedoniya təmsilçisi “Qostivar” olan Amir Bilali ilə 1 illik müqavilə imzalayıb.
30 yaşlı albaniyalı mərkəz müdafiəçisi yeni komandasında 44 nömrəli formada çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin