
“Səbail”də iranlı hücumçu
“Səbail” legioner futbolçu transfer edib.
Komanda.az xəbər verir ki, “dənizçilər” son olaraq Kosovonun “Dukagini” klubunda çıxış etmiş iranlı hücumçu Ali Babaei ilə anlaşıb.
24 yaşlı futbolçunun müqaviləsinin müddəti 1 illikdir.
“Səbail” ötən mövsüm Premyer Liqada 22 xalla sonuncu yeri tutaraq 1-ci Liqaya yollanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



