“Səbail” yarımmüdafiəçisi ilə vidalaşdı

“Səbail” yarımmüdafiəçisi Elşən Abdullayevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.

“Səbail” Elşən Abdullayeva klubun kollektivi adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button