“Səbail” ukraynalılara qalib gəldi

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi üçüncü sınaq matçında Ukraynanın “Desna” klubu ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin qələbəsiylə başa çatıb.

“Səbail” bundan əvvəl Macarıstanın “Aqvital” klubuna 3:2 hesabıyla qalib gəlib, İsveçrənin “Sürix” klubuyla isə qollu bərabərə qalıb – 1:1.

Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv son yoxlama oyununda, yanvarın 24-də Qazaxıstanın “Kaysar” klubuyla qarşılaşacaq.

Yoxlama oyunu

21 yanvar

18:30. Səbail – Desna (Ukrayna) 2:1

Qol: Orxan Qurbanlı, 39. Kevin Kubemba, 70.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button