Azərbaycan klublarında çıxış etmiş futbolçu Ermənistan təmsilçisi ilə razılaşdı

“Səbail”, “Sabah” və “Keşlə” klublarının sabiq futbolçusu Yevgeni Koçuk karyerasını Ermənistanda davam etdirəcək.

Komanda.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi “Pünik”lə razılaşıb. Koçuk tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.

Yevgeni Koçuk 2018-2019-cu illərdə “Səbail”in, 2020-ci ildə “Sabah”ın, 2021-ci ildə isə “Keşlə”nin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button