“Səbail” daha bir futbolçusu ilə vidalaşdı
“Səbail” klubu qapıçı Nikolas Hagendən sonra daha bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, “dənizçilər” Hendrik Ekşteynlə vidalaşıb. Bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin klubla müddəti bitən müqaviləsi yenilənməyib.
Ekştyen 2019-cu ilin yayından “Səbail”də çıxış edirdi. O, “dənizçilər”lə 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin