
“Səbail” “Kəpəz”ə qalib gəldi
Yeni mövsümə hazırlığı davam etdirən “Səbail” və “Kəpəz” komandaları bu gün yoxlama oyunu keçiriblər.
Komanda.az xəbər verir ki, sözügedən komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər.
Dörd qolun qeydə alındığı qarşılaşma “Səbail”in 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
“Dənizçilər”in heyətində Ədilxan Qarəhmədov dubla imza atıbsa, digər qolu Ağabala Ramazanov rubu. “Kəpəz”in yeganə qolunu isə penaltidən dəqiq yararlanan Tural Axundov vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin