“Səbail” 1600 manat cərimə edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 18-ci turunun “Səbail” – “Qarabağ” oyununda kənar şəxslər meydançaya daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilib.

18-ci turun “Zirə” – “Kəpəz” oyununda “Kəpəz”in 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Kəpəz” klubunun oyunçusu Elçin Əlicanov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

“Kəpəz” klubunun oyunçusu Giorgi Kantariya ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

“Kəpəz” klubunun futbolçusu Mixeil Erqemlidze oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

“Kəpəz” klubu bir oyunda 3 qırmızı vərəqə ilə cəzalandığı üçün klub 4800 manat cərimə edilib.

“Zirə” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Zirə” komandasının oyunçusu Coşqun Diniyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 1600 manat cərimə edilib.

“Zirə” komandasının oyunçusu Nemanya Andelkoviç rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button