“Səbail”ə qarşı haqsızlıq hiss edirik” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçi Aftandil Hacıyev Premyer Liqanın 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Dramatik oyun alındı. Stadiona gələn hər kəs meydandakı oyundan həzz aldılar. Təəssüflər olsun ki, eyni sözləri deyə bilmirəm. Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda “Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə verilməyən kartlar işimizi korlayır. Ədilxana görə çox sevinirəm. Bu gün gözəl qolla seçildi. Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün qələbəyə layiq komanda “Səbail” idi. “Neftçi”nin belə xala ehtiyacı yox idi.
  • Bu 1 xalda baş məşqçinin payı neçə faizdi, futbolçuların payı neçə?
  • Oyuna 5 müdafiəçiylə başladıq. Ancaq bu gün hesaa uyğun olaraq sistemdə dəyişiklik etdik. Məğlub olmamaq üçün hər şey etdik. Düşünürəm ki, futbolçular tapşırıqların öhdəsindən layiqincə gələ bildilər. Buraxdığımız qoldan sonra daha çox hücumameylli futbolçulardan istifadə etməli olduq. Zənnimcə, əvəzetmələr və sistem dəyişikliyi effekt verdi.
  • Koçukun yoxluğu nə ilə bağlı idi?
  • İki gün öncə qızdırması qalxdı. Artıq 3 gündü məşq etmir.
  • Qeyd etdiniz ki, “Neftçi”yə belə 1 xalı yaraşdırmısınız. Nəyi nəzərdə tutursunuz: qonaqlar hakimi almışdı, yoxsa başqa bir şeyi?
  • Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər. Bax, bunu nəzərdə tutaraq deyirəm ki, “Neftçi”yə bu cür xal lazım deyildi.
  • Final fitindən sonra hamı meydançaya axışmışdı. Səbəb nə idi?
  • Həm Antonun həmin epizoduna etiraz edirdik, həm də ki, əlavə olunan 5 dəqiqə bitdikdən sonra final fitinin səslənməməsinə. (sport24)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button