“Səbail”ə keçdiyi üçün həyat yoldaşına təşəkkür etdi

“Səbail”in bu yay heyətinə qatdığı futbolçulardan biri də Adi Mehremiç oldu.

Komanda.az xəbər verir ki, ötən mövsümü Türkiyə Super Liqasında – “İstanbulspor”da keçirən bosniyalı müdafiəçi Bakı klubuna keçidi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Səbail”in bir parçası olduğum üçün şadam. Yeni macəranın reallaşmasında kömək olduğu üçün həyat yoldaşım, ailəm və agentlərimə təşəkkür edirəm”.

“Səbail” 31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalayıb. Mehremiç “Velej Mostar”, “Senitsa”, “Senkt-Pölten”, “Jelezniçar”, “Karpatı”, “Aveş”, “Visla” (Krakov), “Makkabi” (Petah-Tikva) klublarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button