Rəsmi: “İstiqlal”ın yetirməsi “Sabah”da
Azərbaycan Premyer Liqasının debütantı olan “Sabah” klubu heyətinə yeni futbolçu cəlb edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi iranlı qapıçı Əmirhüseyn Nəcəfi ilə anlaşıb. Nəcəfi daha əvvəl Azərbaycanda “Səbail” klubunda forma geyinib. O, Azərbaycanın U-21 millisinə də dəvət alıb.
22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb. O, “Sabah”da 96 nömrəli formada çıxış edəcək.
Nəcəfi İranın “İstiqlal” klubunun yetirməsidir. Karyerası ərzində bu klubun aşağı yaş qruplarında çıxış edən qolkiper, “Sardar Bukan” komandasının uğurları üçün də çalışıb.
“Sabah” Azərbaycan Premyer Liqasında 15 turdan sonra 20 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin