
Rəsmi: “Beşiktaş”ın forvardı Braziliya klubunda
“Beşiktaş”ın futbolçusu Vaqner Lav karyerasını Braziliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, “Korintians” klubu 34 yaşlı hücumçunu heyətinə qatıb. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Lavla 2020-ci ilə qədər müqavilə imzalanıb.
Lav 2018-ci ilin yanvarından “Beşiktaş”da forma geyinirdi.
Braziliyalı forvard cari mövsümdə 16 qarşılaşmada iştirak edərək, 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin