Rəşad Sadıqov: “Qarabağ” “qızıl dubl”a layiq idi”
Azərbaycan kubokunda “Qarabağ” – “Zirə” finalından sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, finala layiq oyun olduğunu deyib:
“Finala layiq oyun oldu. Maraqlı hadisələr baş verdi. İlk hissədə yaxşı mübarizə getdi, rəqibə qol epizodu yaratmaq imkanı vermirdik. Qol da vurduq. İkinci qol epizodumuz da oldu. Oyun Şahruddinin seyvindən sonra dəyişdi. “Qarabağ”a qarşı 1:0 təhlükəlidir. İkinci hissədə rəqibin təzyiqi artıracağını bilirdik. Qol buraxanda azlıqda idik. Məhz Zubirə qarşı oynayan Qismət meydanda deyildi və o, möhtəşəm qol vurdu. Bundan sonra rəqib daha rahat oynadı. Futbolçularımla fəxr edirəm. Sona kimi döyüşdülər. “Qarabağ”ı təbrik edirəm. Layiqli “qızıl dubl” etdilər. Bu oyun bizim üçün böyük bir dərs oldu. Anladıq ki, böyük komandalara qarşı, finallarda da oynaya bilərik. Futbolçular çəkinmir, qorxmurdular. Penalti vuran futbolçularımızın zədələnməsi bizim üçün çətin oldu. Komanda möhtəşəm mövsüm keçirdi. Titul da qazana bilərdik. Amma sonluqdakı çətin qrafikdə əlimizdən gələnin maksimumunu etdik”.
Mehri Qurban
Bizi Facebook-da izləyin