“Rəqəmlər heç vaxt yalan demir” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının 1/4 finalının “Feyenoord”la oyunundan öncə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşılaşmanın asan keçməyəcəyini deyib:

“Oyun asan keçməyəcək. Onlar öz liqalarının ən güclüləridir. Rəqəmlər heç vaxt yalan demir. Meydana ən hazırlıqlı futbolçuları buraxacam.

Dəyişiklik məsələsi görüş ərzində futbolçuların fiziki durumundan və oyun zamanı sərgiləyəcəkləri performansdan asılı olacaq”.

“Feyenoord” – “Roma” matçı bu gün, saat 20:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button