Dron qalmaqalına görə cəzalanan məşqçi üzr istədi

Kanadanın qadın futbol komandasının keçmiş baş məşqçisi Beverli Priston Paris Olimpiadasında rəqiblərinin dronla izlənilməsi ilə bağlı qalmaqaldan sonra futbolçularından və ölkəsindən üzr istəyib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, millinin keçmiş baş məşqçisi oyunçular üçün qəlbinin qırıldığını bildirib:

“Oyunçular üçün qəlbim qırıldı və bu vəziyyətin onlara göstərdiyi təsirə görə üzr istəyirəm. Kanadadan üzr istəyirəm. Sən mənim evim, sevdiyim ölkə idin. Ümid edirəm ki, siz bu son dərəcə istedadlı və çalışqan oyunçuları dəstəkləməyə davam edəcəksiz”.

Bundan əvvəl Yeni Zelandiya Olimpiya Komitəsi Kanada yığmasının üzvlərinin drondan istifadə edərək milli komandanın məşqini lentə alması ilə bağlı BOK-a şikayət edib. Bu hadisədən sonra FİFA nizam-intizam komitəsi Kanada yığmasını olimpiya turnirində 6 xaldan məhrum edib və Pristonu bir il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırmaq qərarına gəlib. Sanksiyalar baş məşqçinin köməkçisi Yasmin Mander və analitik Cozef Lombardiyə də şamil edilib.

Parisdə keçirilən Yay Olimpiya Oyunları iyulun 24-də başlayıb və avqustun 11-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button