Rəqibini dişləyən futbolçuya 5 oyunluq cəza
İngiltərə Futbol Assosiasiyası “Nyuport Kaunti”nin futbolçusu Rayan İnnissə 5 oyunluq cəza verib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, buna oyunçunun “Vest Hem”ın U-23 kollektivi ilə görüşdə rəqibini dişləməsi səbəb olub. O, 4:5 hesabı ilə uduzduqları Futbol Liqası Kuboku matçına görə belə cəzaya məruz qalıb.
Əvvəlcə oyunçu 3 oyunluq cəzalandırılıb, ancaq FA bunu yetərli saymayıb və cəzanı 5 matça yüksəldib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin