Rəqibin futbolçusuna kəllə atan baş məşqçi istefaya göndərildi
İtaliyanın “Leççe” klubu baş məşqçisi Roberto D’Aversa ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
Onun “Verona” ilə matçdan sonra baş verən hadisələrə görə vəzifəsindən azad edildiyi vurğulanıb. Klub məşqçiyə və onun köməkçilərinə xidmətlərinə görə təşəkkür edib.
Roberto D’Aversa martın 10-da “Verona”ya 0:1 hesabı ilə uduzduqları qarşılaşmadan sonra rəqib futbolçu Toma Anrini kəllə ilə vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin