
Qvardiola “Aston Villa”ya məğlubiyyətdən danışdı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının “Aston Villa”ya 0:1 hesabı ilə uduzduğu oyundakı çıxışı barədə danışıb.
Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, futbolçularının oyunundan razı qaldığını bildirib:
“Mən hiss edirəm ki, komandamız hələ də “canlı”dır. Çox yaxşı görünürük. Bilmirəm, “Aston Villa”ya qarşı səfərdə bizim kimi oynaya biləcək başqa komanda varmı – cəsarətli şəkildə, topa nəzarət edərək, çoxsaylı epizodlar yaradaraq və qapımız önündə az imkan verərək. “Villa Park”da oynamaq həmişə çox çətindir. Rəqibimiz güclü idi və mən onlara heyranam”.
“Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində lider “Arsenal”dan 6 xal geri qalır və 5-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin



