“Rəqibdən geri qaldığımızı düşünmürəm” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Biz futbolu azarkeşlərimiz üçün oynayırıq. Onların hər addımda komandanın yanında olması çox sevindiricidir. Çalışırıq ki, fanatların inamını doğruldaq. Oyuna gəlincə, buraxdığımız qolların üzərində daha çox işləməliyik. Oyun olaraq komandamız düşünmürəm ki, rəqibdən geri qaldı. Sadəcə epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə əksinə fürsətləri dəyərləndirdi, qalib gəldi. Diqqətimizi çempionatın fasilədən sonrakı bölümünə yönəldəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button