
Rəcəbov bu gün növbəti görüşünü keçirəcək
Azərbaycaı şahmatçı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün 5-ci tur görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster ağ fiqurlarla Macarıstan təmsilçisi Rixard Rapportla qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
Rəcəbov əvvəlki görüşlərdə Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa) və Dinq Lirenlə (Çin) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) uduzub. Hazırda o, Liren və Firuzca ilə birlikdə hərəyə 2 xalla 6 – 8-ci yerləri bölüşdürür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin