Rzayeva 2.4 milyon dollarlıq turnirdə üçüncü oldu
Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatını bürünc medalla bitirib.
Komanda.az xəbər verir ki, 81 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva uduzub və üçüncü olub.
2,4 milyon dollar mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin