Rüsvayçılıq! Biri top daşıyana, biri xərək daşıyana, biri də geçikməyə görə cəza alır
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar da açıqlanıb:
Birinci divizionun 15-ci turunun MOİK – “Turan Tovuz” matçında xərək daşıyan uşaqlar olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur.
Birinci divizionun 15-ci turunun “Ağsu” – “Şüvəlan” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 88-ci dəqiqəsində “Şüvəlan”ın futbolçusu Kamran Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Şüvəlan” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur.
Birinci divizionun 15-ci turunun “Səbail-2” – “Sumqayıt-2” matçında “Səbail-2” klubunun 4, “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
“Sumqayıt-2” klubu oyunöncəsi iclasa 7 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunur.
Birinci divizionun 15-ci turunun “Zaqatala” – “Sabah-2” matçının 79-cu dəqiqəsində “Sabah-2” klubunun futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.
Oyunun 89-cu dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Elvin Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 15-ci turunun “Neftçi-2” – “Kəpəz” matçında “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin