“Rüşvət problemləri olan bir qurum tərəfindən idarə olunmamalıyıq” – Rayola
Məşhur futbol meneceri Mino Rayola FİFA haqqında sərt açıqlamalar verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, menecer, ali futbol qurumunun gördüyü işi tənqid edib:
“FİFA hər zaman hamıya nə edəcəyini deyən kommunist diktator kimidir. İnsanlar artıq bunu anlayıb. Qaydaların daha şəffaf olmasını istəyirik. FİFA da bunu istəyirsə, onda bunu müzakirə edə bilərik. Amma FİFA indiyə qədər sadəcə qərar verdiyini bildirir, bununla kifayətlənir. Bu, axmaqlıqdır. Futbolun yeni bir sistemə ehtiyacı var. FİFA indi həm qanunverici olmaq, həm də bütün maliyyə və hüquqi işləri idarə etmək istəyir, bu isə mümkün deyil. Artıq FİFA ilə mübarizə aparmayacağıq. Onlar niyyətlərindən dönəndə, danışa bilərik.
FİFA sistemindən fərqli bir sistem yaratmağa çalışacağıq. Avropada futbolçular, transferlər və menecerlər üçün nəzərdə tutulan ayrı bir təşkilat yarada bilərik. Bizim FİFA-ya ehtiyacımız yoxdur. Rüşvət problemləri olan bir qurum tərəfindən idarə olunmamalıyıq. Onların öz problemlərini həll etməyə ehtiyacları var”.
Bizi Facebook-da izləyin