Rüstəm Orucov Avropa Cüdo Birliyində vəzifə sahibi oldu
Azərbaycanlı cüdoçu Rüstəm Orucov Avropa Cüdo Birliyinin Atletlər Komissiyasının üzvü təyin edilib.
Komanda.az xəbər verir ki, 2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib.
“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar” – deyə, ACB-nin rəsmi səfhəsində vitse-prezidenti Hrvoye Lindi bildirib.
Rüstəm Orucov 2017 və 2019-cu illərdəki fünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub.
Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi komissiyasının üzvüdür.
Bizi Facebook-da izləyin